SON XƏBƏR

Tural Sadıqlı İran kəşfiyyatından informasiya aldığını gizlətmir - VİDEO

Yanvar 30
15:35 2023
İran-Azərbaycan münasibətlərində gərginliyin pik nöqtədə olduğu hazırkı zamanda Youtube platformasında fəaliyyət göstərən "Azad söz” kanalının rəhbəri Tural Sadıqlı anti-Azərbaycan kampaniyasını genişləndirib.

O, çıxışlarında hətta İran xüsusi xidmət orqanlarına bağlı jurnalistlərdən, media orqanlarından informasiya aldığını gizlətmir.

Qeyd edək ki, T.Sadıqlının dövlətə qarşı apardığı çirkin təbliğat kampaniyası Azərbaycan ictimaiyyətində hiddət doğurub, "Azad söz” internet kanalının sosial şəbəkələrdəki hesablarında yazılan minlərlə tənqid, təhqir dolu mesajlar da bundan xəbər verir.

T.Sadıqlının bədnam çıxışlarından birini təqdim edirik:
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook