Türk nazirdən rusiyalı səfirin ölümü ilə bağlı çox sərt açıqlama
Dekabr 21
10:29
2016
"Rusiya səfiri Andrey Karlovun Ankarada öldürülməsi sanki Türk polisinin düşünülmüş sui-qəsdidir. Bunu belə təqdim etmək böyük haqsızlıqdır. Bu açıq-aşkar törədilən bir terrordur”
Bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bildirib. Onun sözlərinə görə, qatilin Türkiyə polisinin formasında olması belə, bu hadisənin kirli məqsədlərlə törədilən terror olduğunu gizlədə bilmədiyini deyib
Andrey Karlovun ölümü ilə nəticələnən terroru lənətlədiyini deyən türkiyəli nazir, Rusiya xalqına və səfirin ailəsinə dərin hüznlə başsağlığını bildirib.
"Əminəm ki, bu hücumun arxasında dayananlar, terrorun təşkilatçıları aradırmalar zamanı məlum olacaq. Bundan heç kimin şübhəsi olmasın. Bu Rusiya ilə Türkiyə arasında münasibətlərin korlanması üçün atılan güllədir. Belə təxribatlarla iki böyük dövlətin arasında nifah salmaq mümkün deyil”, - deyə Bekir Bozdağ vurğulayıb.
(Olke.az)