Türk ordusu Suriyada daha 6 kəndi azad etdi
Sentyabr 04
23:16
2016
"Fərat qalxanı” əməliyyat çərçivəsində Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu daha 6 yaşayış məntəqələri üzərində nəzarət qurub.
Bu barədə "Anadolu” agentliyi məlumat yayıb. Bildirilir ki, terrorçuların 83 hədəfinə 293 zərbə endirilib.
Xatırladaq ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri koalisiya təyyarələrinin dəstəyi ilə Suriyada "Fərat Qalxanı” adı altında əməliyyatlara başlayıb.
Qlobal.az



