SON XƏBƏR

Türk ordusundan PKK-nın Suriya qolunun mövqelərinə sarsıdıcı zərbə

Fevral 13
22:37 2016
Türkiyə Silahlı Qüvvələri PKK-nın Suriya qolu PYD-nin mövqelərini bombalamağa başlayıb.
 
Avropa.info xəbər verir ki, dünən PYD silahlıları Türkiyə sərhədinin düz qarşısındakı Azez şəhrinə düz 500 metrədək yaxınlaşmışdı. Türk ordusu şəhəri almağa cəhd edən terror təşkilatına qarşı bu gün əməliyyata başlayıb. "Fırtına” özüyeriyən artilleriya qurğuları PYD mövqelərini bombardman edib. Qeyd edək ki, Azez şəhəri üzərinə iki gündür hücuma keçən YPG-ə Rusiya aviasiyası dəstək verirdi.
 
Rusiyanı verdiyi dəstəklə YPG şəhərin yaxınlığındakı Şat kəndinə girə bilmişdi. Şəhəri mühasirəyə alan terror təşkilatı ağır silahlardan atəş açırdı. ABŞ isə PYD-ni terrorçu təşkilat olaraq tanımadığını bildirmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook