SON XƏBƏR

Türkiyə-Azərbaycan biznes forumu başladı

May 08
20:28 2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb.

"Report”un Ankara bürosunun verdiyi xəbərə görə, forumun açılış mərasimi Türkiyə Palatalar və Birjalar Birliyində baş tutub.

Tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iştirak edir.

Forumda Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədovun çıxışları dinləniləcək.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook