Türkiyə casusluqda günahlandırılan imamlarını geri çağırıb
Fevral 11
13:38
2017
Almaniyadakı Diyanət İşləri Türk-İslam Birliyi (DİTİB) camilərində çalışan bəzi imamların "casusluq fəaliyyəti” ilə məşğul olduğu iddialarında önəmli qərar verilib.
Diyanət İşləri Rəhbərliyi sürpriz bir qərarla qalmaqal mövzusu olan imamların Almaniyadakı vəzifələrinə son verərək, onları Türkiyəyə geri çağırıb.
Bir az əvvəl imamların Almaniyadakı Fəthullah Gülən qrupu mənsubları haqqında Ankaraya məlumat göndərdiyi ortaya çıxmış, bu da ictimaiyyətdə casusluq ittihamlarına yol açmışdı. Bu iddialar əsasında Federal Prokurorluq istintaq başladaraq, məsələni araşdırmağa qərar vermişdi. Federal Prokurorluğun casusluq iddiaları ilə bağlı istintaqında ciddi dəlillər əldə etməsi Berlin siyasi dairələrini hərəkətə gətirib.
Bu hərəkətlilik Baş nazir Angela Merkelin 2 fevral Ankara ziyarəti ərəfəsində yaşanarkən, Diyanət İşləri Rəhbərliyi iddiada adı keçən onlarla imamı Türkiyəyə geri çağırmaq qərarı verib. DİTİB səlahiyyətliləri imamların vəzifələrinə son verildiyini doğrularkən, Almaniyadan neçə imamın Türkiyəyə geri çağırıldığına dair detallı məlumat verməkdən imtina edib.



