Türkiyə daha bir ölkədə hərbi baza yarada bilər
İyun 17
00:37
2017
Türkiyə öz hərbi bazasını Səudiyyə Ərəbistanında da açmağı təklif edib.
Axar.az xəbər verir ki, bunu Portuqaliyanın RTP televiziyasına müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
"Biz Səudiyyə Ərəbistanına da hərbi baza açmağımızı təklif etdik. Kral Salman bin Əbdüləziz bizə bu variantı nəzərdən keçirəcəyini dedi. Türkiyə hələ də bu məsələ ilə bağlı Ər-Riyaddan cavab almayıb”, – deyə o bildirib.
Qeyd edək ki, Türkiyə Qətərdə hərbi baza yaratmaqla bağlı müqavilə imzalayıb. Bu, Türkiyənin ölkə xaricində, Şimali Kipr istisna olmaqla, ilk bazası olacaq.



