Türkiyə hökuməti Somaliyə həkim briqadası göndərib
							Dekabr 29
									
										07:54
										2019
									
								Türkiyə hökuməti Somalidə bomba yüklənmiş avtomobilin partladılması nəticəsində törədilən terror aktı nəticəsində zərərçəkənlərə kömək məqsədilə paytaxt Moqadişoya tibbi briqada yollayıb.
AZƏRTAC Milli Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, həkim briqadasından və zəruri tibbi ləvazimatlardan ibarət humanitar yardım Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarə ilə göndərilib.

				
				
				
				
				
				

