SON XƏBƏR

Türkiyə-Hollandiya arasında gərginlik: türk jurnalistlər ölkədən çıxarılıb

Mart 12
00:04 2017
Hollandiya polisi Türkiyənin Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kayanın Rotterdama gedən avtomobilini saxlayıb.
 
Musavat.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Rotterdam konsulu Sadin Ayyıldız nazir Kayanın avtomobilinin Hollandiyanın girişində dayandırıldığını təsdiqləyib.

Məlumata görə, Hollandiya polisi TRT və Anadolu Agentliyinin jurnalistlərini də yoxlamadan keçirib və daha sonra ölkədən çıxarıb.

Qeyd edək ki, nazir Kaya Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun uçuş icazəsinin ləğv edilməsindən sonra Rotterdama gedəcəyini açıqlayıb. Daha sonra onun bu addımının qarşısı alınıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook