SON XƏBƏR

Türkiyə-İran sərhədinə divar hörüləcək

May 08
11:03 2017
Türkiyə-İran sərhədinə divar hörüləcək.

SalamNews-un verdiyi xəbərə görə, bu barədə "Hürriyet” qəzetinin köşə yazarı Abdülkadir Selvi məlumat verib.

Selvinin məlumatına görə, Türkiyə hökuməti terrorla mübarizə çərçivəsində yeni tədbirlər görür. PKK və İŞİD terror təşkilatlarının hücumlarının qarşısının alınması üçün bundan əvvəl Türkiyə-Suriya sərhədinə divar hörülüb.

O bildirib ki, eyni məqsədlə Türkiyə-İran sərhədində də beton divarlar hörüləcək: "PKK-nın İranın Türkiyə sərhədində Maku, Dambat, Navur, Kotr, Kenereş, Şəhidan düşərgələri var. Bu düşərgələrdə 800-1000-dən çox PKK terrorçuları təlim keçir. Bunlar Türkiyəyə gedib-gəlirlər. Ağrı dağında, Tendürek bölgəsində keçirilən anti-terror əməliyyatlarından qaçan terrorçular bu düşərgələrə sığınırlar. Bunun qarşısının alınması üçün Ağrı-İqdır sərhədinin 70 kilometrini beton divarla, qalan hissəsini isə tikanlı tellərlə bağlayırıq”. 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook