SON XƏBƏR

Türkiyə İsveçin NATO-ya müraciətini ratifikasiya etmək üçün ABŞ-ın qərarını gözləyir

Dekabr 07
00:03 2023
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya müraciətinin ratifikasiya prosesini başa çatdırmaq üçün ABŞ-dan F-16 qırıcıları tədarük edəcəyini gözlədiyini bildirib. 

Qaynarinfo bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

"Prezident kimi öz töhfəmi vermişəm, amma gözləntilərim də var. Birləşmiş Ştatlar bunu (F-16-nın Türkiyəyə satışı) öz Konqresi ilə razılaşdırmalıdır ki, biz də bu addımları (İsveçin NATO-ya müraciətini ratifikasiya etmək üçün) eyni vaxtda ata bilək", deyə Ərdoğan bildirib.

Bundan əvvəl Ərdoğan ABŞ-ın Yunanıstana F-16 qırıcı təyyarələri göndərdiyini bildirsə də, Ankaranın artıq onlar üçün pul ayırmasına baxmayaraq, Türkiyəyə tədarük etməkdən imtina edib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook