SON XƏBƏR

Türkiyə parlamentində həyəcan siqnalı - Polis parlamentin qapılarını bağladı...

Avqust 16
15:35 2016
Bu dəqiqələrdə təhlükəsizlik tədbirləri səbəbilə Türkiyə parlamentinin qapılarının girişləri bağlanılıb. 
 
Avropa.info xəbər verir ki, baş nazir Binalı Yıldırım AKP-nin qrup toplantısında danışarkən parlamenti mühafizə edən polis briqadasına həyəcan siqnalı verilib. Hazırda parlamentə heç kim buraxılmır.
  
Məlumatlara görə, Hakkari və Şırnakın şəhər statusunun alınmasına etiraz edən PKK-nın siyasi qolu HDP yönümlü bir qrup parlament qarşısına hərəkət edir.
 
Bu qrupun parlamentdəki HDP-çi deputatlara qoşularaq Məclisə girmək istəmələri səbəbindən parlamentin qapılarının bağlandığı qeyd edilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook