Türkiyə Prezidenti Dohaya hücumu qınayıb

Sentyabr 10
01:47
2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Dohada "HƏMAS" müzakirəçilərinə hücumunu beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulması adlandırıb.
Bu barədə Türkiyə lideri "X" sosial şəbəkədəki hesabında yazıb: "Bu gün İsrailin Qətərdə "HƏMAS"ın danışıqlar qrupuna hücumu bir daha nümayiş etdirib ki, İsrailin baş nazirinin (Binyamin Netanyahu) hökuməti münaqişə və qeyri-sabitliyi dərinləşdirmək niyyətindədir. Beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulması olan bu hücum, həm də qardaş ölkəmizin təhlükəsizliyini və əmin-amanlığını hədəfləyir. Mən bu hücumu qınayıram".
O bildirib ki, Türkiyə strateji tərəfdaşı və dostu Qətəri tam dəstəkləyir.