SON XƏBƏR

Türkiyə Qara dənizdə gəmilərə hücumları qəbuledilməz adlandırıb

Dekabr 03
08:43 2025
Türkiyə yaxınlığında gəmilərə hücumlar qəti şəkildə qəbuledilməzdir və Qara dənizdə gəmiçilik üçün təhlükə yaradır.

"Report" xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik "Habertürk" telekanalına bildirib.

"Bu hücumlar istər müstəsna iqtisadi zonamız daxilində, istərsə də ondan kənarda tamamilə qəbuledilməzdir. Bundan başqa, Qara dənizdə bütün dəniz nəqliyyatının təhlükəsizliyini təhdid edir. Bu cür hadisələr bütün ölkələrə mənfi təsir göstərəcək", - deyə o, vurğulayıb.

O əlavə edib ki, Qara dənizdə logistikanın pozulması riski səbəbindən Türkiyə bu məsələni bütün tərəflərlə müzakirə edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook