SON XƏBƏR

Türkiyə Rusiya ilə danışıqlara hazırdır

Noyabr 08
14:37 2016
Uzun mənzilli hava müdafiə sistemi hazırlamaq üçün bizimlə əməkdaşlıq etmək istəyən hər kəslə, o cümlədən Rusiya ilə danışıqlar aparmağa hazırıq.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi müaşviri İsmayıl Dəmir jurnalistlərə açıqlamasında deyib.
 
"Uzun mənzilli hava müdafiə sistemi hazırlamaq üçün daha öncə verilən təklifləri araşdırırıq. Bizimlə əməkdaşlıq etmək istəyən hər kəslə, o cümlədən Rusiya ilə danışıqlar aparmağa hazırıq. "Altay” milli tank layihəsini icra edən şirkətdən (Otokar) yenilənmiş bir təklif istəmişik. Dəyərləndirmələr davam edir”, - müşavir qeyd edib.
 
Xatırladaq ki, Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin rəhbəri Aleksandr Fomin Türkiyəyə hava hücumundan müdafiə sistemlərinin verilməsilə bağlı danışıqlar aparıldığını açıqlamışdı.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook