Türkiyə yerli istehsal olan qırıcı təyyarələrlə bağlı xaricdən ilk sifariş alıb
Yanvar 12
13:40
2023
Türkiyə yerli istehsal olan döyüş təyyarələri ilə bağlı xaricdən ilk sifariş alıb.
"Report” xəbər verir ki, bu barədə Türkiyə Aerokosmik Sənayesi Şirkətindən bildirilib.
Hələ ki, sifarişçinin adı açıqlanmayıb.
Mətbuatın məlumatına görə, Türkiyə istehsalı olan qırıcıların ilk müştəriləri Pakistan, İndoneziya, Malaziya və digər dost ölkələr ola bilər.



