Türkiyədə 15550 nəfər işdən çıxarıldı: 9 KİV bağlandı
Noyabr 22
17:43
2016
Türkiyədə qəbul edilən iki yeni qanun hökmündə qərarnaməyə görə, 15 min 550 nəfər vəzifəsindən çıxarılıb. İşdən çıxarılanların 1988 nəfəri Türkiyə Silahlı
Qüvvələrinin (quru qoşunlarından 1259, dəniz qüvvələrindən 391, hava qüvvələrindən 338 nəfər) personalına aiddir.
Türkiyə Daxili İşlər Nazirliyindən və ona bağlı qurumlardan 2696, Ali Təhsil Şutasından (YÖK) 1184, Səhiyyə Nazirliyindən 752, Maliyyə Nazirliyindən 526 şəxs işdən çıxarılıb.
Qərarnamələrə görə, Türkiyədə 550 dərnək, 7-si qəzet, 1-i jurnal və 1-i radio olmaqla 9 KİV və 19 özəl tibb qurumu da bağlanılıb.(Lent.az)



