Türkiyədə 8 minə yaxın polis işdən uzaqlaşdırılıb
İyul 18
10:41
2016
Türkiyənin hərbi və məhkəmə-hüquq sistemində "Fətullahçı Terror Təşkilatı”na mənsub olduğu iddia edilən şəxslərə qarşı əməliyyatlar davam edir.
"Hürriyet” qəzetinin verdiyi məlumata görə, Türkiyə ərazisində yüksək rütbəlilər də daxil olmaqla, 7 min 850 polis vəzifələrindən uzaqlaşdırılıb. Ankaradan bütün vilayətlərə işdən çıxarılacaq şəxslərin siyahıları göndərilib.
Ötən gecə boyunca polis idarələrinə və bölmələrinə çağırılan həmin polislərin silahları və şəxsi sənədləri müsadirə edilib.
Qlobal.az



