Türkiyədə bütün hərbi məktəblər ləğv edildi
İyul 31
09:38
2016
Türkiyədə bütün hərbi məktəblər bağlanır və onların bazasında Milli Müdafiə Universiteti yaradılır. Bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan iyulun 30-da bildirib. Ərdoğan deyib ki, bununla bağlı qərar yaxın günlərdə rəsmi qəzetdə dərc olunacaq.
Hərbi məktəblərin bağlanması 15-16 iyul hərbi çevriliş cəhdi ilə əlaqədardır və gələcəkdə oxşar hadisənin baş verməməsi üçün həyata keçirilən islahat kimi təqdim olunur.(Azadlıq.info)
Qlobal.az



