Türkiyədə fövqəladə vəziyyət uzadıldı
Oktyabr 12
10:15
2016
Türkiyədə fövqəladə vəziyyət rejimi daha 90 gün uzadılıb. Bununla bağlı Türkiyə Böyük Millət Məclisi qərar qəbul edib. Qərara əsasən, oktyabrın 19-dan ölkədəki fövqəladə vəziyyət rejimi 3 ay müddətinə uzadılıb.
Xatırladaq ki, ölkədə fövqəladə vəziyyət 15 iyulda çevriliş cəhdindən sonra tətbiq edilib.
(Azadlıq.info)



