SON XƏBƏR

Türkiyədə kəşfiyyat idarəsinin binasına hücum etməyə çalışan terrorçu zərərsizləşdirilib

Sentyabr 06
13:29 2017
Türkiyə polisi ölkənin cənubunda yerləşən Mersin şəhərində Milli Kəşfiyyat Təşkilatının (MİT) yerli idarəsinin binasına hücum hazırlayan terrorçu-kamikadzeni zərərsizləşdirib.
 
"Report" DHA-ya istinadən xəbər verir ki, əynində intihar kəməri olan terrorçu MİT binasına girmək istəsə də, mühafizəçilər sayıq tərpənərək atəş açıb.
Partlayıcı qurğunun zərərsizləşdirilməsi üzrə işlər davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook