SON XƏBƏR

Türkiyədə növbəti terror — Ölənlərin sayı artır + Yenilənib

Mart 31
19:58 2016
Yaralıların arasında mülki vətəndaşlar da var.
 
Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktı nəticəsində altı polis əməkdaşı həlak olub, 23 nəfər isə yaralanıb. Polis əməkdaşlarını daşıyan mikroavtobusun yaxınlığında  minalanmış avtomobil partladılıb.
 
Yaralılar arasında mülki şəxslərin də olduğu bildirilir. Məlumata görə, polis əməkdaşlarından üçünün vəziyyəti ağırdır. 
 
Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun aprelin 1-də Diyarbəkirə səfəri planlaşdırılıb.  
 
19:28
 
Diyarbəkirdə törədilən terror aktı nəticəsində 4 polis əməkdaşı həlak olub, daha 18 nəfər isə yaralanıb.
Yaralıların arasında mülki vətəndaşlar da var. 
 
19:11
 
Türkiyənin Diyarbəkir şəhərində avtovağzal yaxınlığında güclü partlayış baş verib. 
 
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları cəlb olunub. Partlayış nəticəsində yeddi nəfər xəsarət alıb.
 
Şahidlər bildiriblər ki, polisləri daşıyan mikroavtobusun hərəkəti zamanı içərisinə partlayıcı maddə qoyulmuş avtomobilin partladıldığı, nəticədə avtobusun içərisindəki polislərin və ətrafdakı vətəndaşların yaralandıb. (oxu.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook