SON XƏBƏR

Türkiyədə qaz kəməri partladıldı

Oktyabr 28
00:54 2016
Türkiyənin Ağrı bölgəsində, Doğubəyazıt rayonundan keçən qaz kəmərində partlayış olub. Hadisə yerli vaxtla saat 21:00 radələrində qeydə alınıb.
 
Məlumata görə, güclü partlayışdan sonra başlayan yanğın böyük bir ərazini əhatə edib. Bölgəyə çox sayda polis cəlb edilib. Partlayış səsləri hadisə yerindən
xeyli uzaqda yerləşən yaşayış məskənlərində də aydın eşidilib.
 
Hazırda alovun uzaq məsafədən rahatlıqla göründüyü bildirilir. Yanğınsöndürənlər boru xəttinə müdaxilə etməkdə çətinlik çəkir.

Qeyd edək ki, analoji hadisələr Türkiyənin bu bölgəsində əvvəllər də baş verib. Partlayışın PKK tərəfindən törədildiyi istisna edilmir. (APA)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook