SON XƏBƏR

Türkiyədə terror aktı nəticəsində ölənlərin sayı 7-yə çatıb

Avqust 15
17:44 2016
Türkiyənin Diyarbəkir əyalətində terror aktı nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. 

"Report" "TGRTHaber"ə istinadən xəbər verir ki, onlardan 4-ü polis, 3-ü isə mülki vətəndaşdır. Ölən vətəndaşlardan biri uşaqdır. 
Məlumata görə, hadisə nəticəsində 6-sı polis olmaqla 21 nəfər yaralanıb. 

Xatırladaq ki, partlayış Diyarbəkirin Çinar və Bismil rayonları arasındakı polis nəzarət-buraxılış məntəqəsində törədilib.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Diyarbəkir-Mardin avtomobil yolunda minalanmış avtomobilin partladılması nəticəsində baş verib.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook