SON XƏBƏR

Türkiyədə terrorçularla toqquşmalarda 6 əsgər şəhid olub

Sentyabr 03
05:39 2016
Türkiyənin Van vilayətində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən döyüşlərdə 4  əsgər şəhid olub.
 
APA-nın "Hürriyet”-ə istinadən verdiyi xəbərə görə, onlardan birinin leytenant, digərlərinin çavuş olduğu bildirilir.
 
Hazırda Van vilayətinin Çaldıran rayonunda Tendürek dağı bölgəsində  qarşıdurmanın davam etdiyi bildirilir.
 
Mardin vilayətində isə terrorçularla silahlı toqquşmalarda  2 əsgər ölüb.
 
Vilayətin Dargeçit rayonunda terrorçuların təhlükəsizlik məntəqəsini atəşə tutmaları nəticəsində 3 əsgər, 3 kənd qoruyucusu və 1 mülki vətəndaş olan qadın yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan ikisi, əsgər və kənd qoruyucusu xəstəxanada vəfat ediblər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook