SON XƏBƏR

Türkiyədən "Putinə məktub" açıqlaması

İyun 15
00:07 2016
Bu məktub prezidentimizin bu zamana qədər yürütdüyü siyasətin davamı kimi dəyərləndirilməlidir.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Ömər Çəlik Ərdoğanın Putinə göndərdiyi təbrik məktub ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
 
"Türk-rus xalqları arasında çox yaxın bağlar var. İki ölkə arasında düşmən münasibətin olmasını istəmirik. Bu əlaqələr dünyada sülhün və əmin-amanlığın qorunması üçün vacib amillərdəndir. Cənab Putin və Medvedyevə göndərilən məktublar bu niyyətimizin ən yüksək göstəricisi sayıla bilər”, - Çəlik bildirib.
 
Qeyd edək ki, Rusiya Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Vladimir Putinə, Baş nazir Binəli Yıldırım isə Dmitri Medvedyevə təbrik məktubu ünvanlayıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook