Türkiyədən Rusiyaya sərt XƏBƏRDARLIQ
May 31
20:56
2016
Rusiyanın Suriyanın İdlib şəhərində keçirdiyi hərbi əməliyyatlar zamanı 60-dan çox mülki şəxs həyatını itirib.
Türkiyə mətbuatı xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın bu addımını pisləyən bəyanatla çıxış edib. Bəyanatda qeyd olunur ki, Rusiyaya məxsus qırıcıların Suriyanın İdlib şəhərində keçirdiyi hərbi əməliyyatlar zamanı xəstəxana və məscid bombalanıb, nəticədə 60-dan çox mülki şəxs ölüb. "Suriyadakı gərginliyin siyasi yolla həllini və atəşkəsə əməl olunmasını müdafiə edən Rusiya razılaşmaları açıq-aydın ayaqlar altına atır. Əsəd rejimi və Rusiyanın tarix və bəşəriyyət qarşısında heç bir bəraəti olmayan bu cinayətləri bir daha təkrarlamaması gərəkdir”, deyə bəyanatda qeyd olunur. Rusiya Xarici İşlər Nazirliyi İdlibdə heç bir əməliyyat keçirmədiklərini bildirib. Sergey Lavrov isə Türkiyəni ittiham edərək İraqdan çəkilməsini tələb edib. "Türkiyənin İraqda əsgər saxlaması qəbuledilməzdir. Qərb ölkələri bu barədə ciddi düşünməlidirlər”, deyə Lavrov qeyd edib.
(Teleqraf.com )



