SON XƏBƏR

Türkiyəli sahibkarın Azərbaycana gətirdiyi 38 min ədəd ting yandırıldı - Virusa görə

Mart 14
21:45 2025
AQTA əməkdaşları tərəfindən əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində "Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi 38000 ədəd nektarin tingi (fantasia sortu) partiyasından nümunələr götürülüb. Müayinə nəticəsində nümunələrdə karantin tətbiq edilən zərərli orqanizm − Şarka virusu aşkarlanıb. 
 
Qlobal.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib.

Qeyd edək ki, Şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.
 
***
 
Qeyd edək ki, "Agro Plant” MMC 2022-ci ildə təsis edilib. 
 
"Agro Plant” MMC-nin qanuni təsmilçisi Gökhan Bas, hüquqi ünvanı isə Xaçmaz rayonunun Əhmədoba kəndidir. 
 

 

 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook