SON XƏBƏR

Türkiyənin məşhur yazıçısı vəfat etdi

Avqust 29
11:54 2016
Türkiyənin məşhur yazıçısı Vədat Türkəli vəfat edib.
 
Axar.az xəbər verir ki, yazıçının vəfat xəbərini aktrisa qızı Dəniz Türkəli rəsmi Tivitter hesabında yazıb.
 
13 may 1919-cu ildə Samsunda anadan olan Türkəli 1942-ci ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı ixtisasından məzun olub.
 
Elə həmin ildə Merih Pirhəsənlə ailə həyatı qurub. Maltəpə Hərbi Liseyi və Kuləli Hərbi Məktəbində ədəbiyyat müəllimliyi etdikdən sonra 1951-ci ildə həbs olunub. 9 il azadlıqdan məhrum olunmasına baxmayaraq, 7-ci ilin sonunda şərti olaraq azadlığa buraxılıb.
 
1974-cü ildə Milliyyət Yayınları roman yarışmasında birincilik mükafatını, 1976-cı ildə Orxan Kamal roman mükafatını qazanıb. 2016-ci ildə "Bəyaz qağayı” şərəf mükafatına layiq görülüb.
 
Keçmişdə TKP üzvü olan Vədat Türkəli 2002-ci ildə DEHAP-dan millət vəkili namizədi olub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook