Türkiyənin Rusiyadakı banklarında axtarış aparılıb
Dekabr 19
16:34
2015
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX – FSB) bu ölkədə fəaliyyət göstərən 4 Türkiyə bankında axtarış aparıb.
Musavat.com-un məlumatına görə, bu barədə "Hurriyet Daily News” xəbər yayıb.
Yoxlamaların hədəfinin qanunsuz pul əməliyyatları olduğu bildirilir. Türkiyəli biznesmenlərin qeyri-leqal pul əməliyyatlarını aşkar eləmək üçün Türkiyə bankları ilə yanaşı, 20 Rusiya bankında da yoxlamalar aparılıb.
"Axtarışlar Türkiyə banklarını və türk iş adamlarını qorxutmaq məqsədi güdür”, - deyə banklardan birindəki mənbə qəzetə bildirib.
Nəşrin yazdığına görə, axtarışlar zamanı təhlükəsizlik xidməti qanunsuz pul əməliyyatı faktı aşkarlaya bilməyib.



