Türkiyənin siyasi partiyaları Bundestaqın qətnaməsini pisləyən birgə bəyanat qəbul ediblər
İyun 02
23:09
2016
Türkiyənin iqtidar Ədalət və İnkişaf Partiyası, parlamentdə təmsil olunan müxalif Xalq-Cümhuriyyət Partiyası siyasi və Milliyyətçi Hərəkat Partiyası Almaniya Bundestaqının "erməni soyqırımı”nın tanıması ilə bağlı qətnaməsini pisləyən birgə bəyanat yayıblar.
APA-nın məlumatına görə, birgə bəyanatda deyilir: "Biz, Türkiyə xalqının nümayəndələri, Almaniya parlamentinin ermənilərin Osmanlı dövlətində 1915-ci ildə baş vermiş köçürülmə prosesi barədə əsassız iddialarına əsaslanan ədalətsiz qərarını qəbul etmirik və qəti pisləyirik. Bu qətnamə və hüquqi, nə də tarixi baxımdan əsaslandırılmayıb”.
Bəyanatda qətnamənin səhv olduğu və iki dövlət arasındakı dost əlaqələrə xələl gətirərək, Türkiyə-Almaniya münasibətlərinə təsirsiz qala bilməyəcəyi qeyd olunur.
Qeyd edək ki, kürdyönümlü Xalqların Demokratiyası Partiyası (HDP) üç partiya tərəfindən qəbul olunan bəyanatı imzalamaqdan imtina edib.

Qlobal.az