Türkiyəyə yönələn İran ballistik raketi zərərsizləşdirildi, Fidan Tehrana xəbərdarlıq etdi
Mart 04
20:13
2026
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə zərərsizləşdirilən raket məsələsini müzakirə edib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, Fidan telefon danışığında Türkiyə hava məkanına yönəldiyi müəyyən edildikdən sonra məhv edilən raketlə bağlı Ankaranın reaksiyasını iranlı həmkarına çatdırıb.
Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrindən mətbuata verilən məlumata görə, Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Fidan iranlı həmkarına münaqişələrin genişlənməsinə səbəb ola biləcək hər hansı addımdan çəkinməyin vacibliyini vurğulayıb.
Bildirilir ki, Hakan Fidan çərşənbə axşamı Türkiyə Böyük Millət Məclisini (TBMM) bu məsələ ilə bağlı məlumatlandıracaq.