Türkmənistanın baş prokuroru korrupsiyaya görə tutduğu vəzifədən azad edilib
May 05
12:15
2017
Hüquq-mühafizə orqanlarındakı korrupsiya faktlarına görə Türkmənistanın baş prokuroru Amanmırat Xallıyev tutuduğu vəzifədən azad edilib.
"Report” "CA-NEWS”a istinadən xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov bu haqda sərəncam imzalayıb.
Ölkə prezidenti prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) orqanlarının yüksək rütbəli bir sıra əməkdaşlarını da korrupsiya faktları ilə bağlı tutduqları vəzifədən azad edib.
Məlumata görə, Qurbanqulu Berdıməhəmmədov ölkə Ali Məhkəməsinin sədri Beqençu Çarıyevə vəzifədən azad edilən hüququ-mühafizə orqanları əməkdaşlarının işlərini ciddi və əsaslı şəkildə araşdırılmasını tapşırıb.



