SON XƏBƏR

Tutanhamonun "saqqalı"nı sındıranlar məhkəmə qarşısında

Yanvar 25
17:17 2016
Qədim Misir fironu Tutanhamonun maskasını uğursuz şəkildə təmir edən Qahirə muzeyinin səkkiz əməkdaşı məhkəmə qarşısına çıxarılıb. Avropa.info xəbər verir ki, muzey işçilərini ehtiyatsızlıq üzündən cinayət törətməkdə ittiham edirlər. Prokurorun fikrinə görə, onlar öz hərəkətləri ilə tarixi sənət əsərinə ciddi zərbə vurublar. Hadisə 2014-cü ilin avqustunda baş verib. Qahirə muzeyində təmir zamanı vitrini çıxaran elektriklər maskaya toxunublar və Tutanhamonun "saqqal”ı qırılıb. Muzey əməkdaşlarıbaş verənləri gizlətməyə çalışıblar. Qırılmış detalı yapışqanla yapışdırıblar. Nəticə istədikləri kimi alınmadıqda daha üç dəfə yapışdırıblar. Son nəticədə həvəskar restavrasiya işi ortaya çıxıb. Yalnız 2015-ci ilin oktyabrında Misirə gələn alman professional restavratorlar maskanın bərpasına başlayıb. İki ay davam edən iş nəticəsində yapışqan təmizlənib, "saqqal” isə arı mumu ilə yapışdırılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook