SON XƏBƏR

Ucuz hədiyyəyə görə müəllimlərə "qaraçı" deyən direktor işdən çıxarıldı - VİDEO

Mart 04
02:39 2025
Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. 

Bu barədə "Qafqazinfo”ya Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən bildirilib.

Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib. 

Xatırladaq ki, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib. O, müəllimlərə "Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. Bütün bunlar yayılan səs yazısında əks olunub.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook