Ukrayna Hindistana “qırmızı xətləri” keçməmək barədə xəbərdarlıq edib
![](https://qlobal.az/photo/680x365/2024-03/1711691710_13012df3-ce60-42c1-ad5f-d2f523bccdf3.jpg?1722057982)
Mart 29
09:54
2024
Ukrayna Hindistana "qırmızı xətləri” keçməmək barədə xəbərdarlıq edib.
Nazir Hindistanı Ukraynanın müharibədən sonrakı bərpasında iştiraka dəvət edib: "Müharibədən sonra Ukrayna dünyanın ən böyük tikinti layihələrindən birinə çevriləcək. Ukrayna Hindistan biznesinin bu işdə iştirakını istəyir”.
"Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba danışıb.
Onun sözlərinə görə, rəsmi Kiyevin vəzifəsi Yeni Dehliyə sadə mesaj çatdırmaqdır: "Rusiya ilə hərbi əməkdaşlıq etmək Ukrayna üçün "qırmızı xət”dir"..
D.Kuleba bildirib ki, Hindistan və Rusiya arasında əməkdaşlıq daha çox sovet mirasına əsaslanır: "Ukrayna Hindistanla əlaqələri gücləndirmək niyyətindədir. Hər iki ölkə ticarət və texnoloji əlaqələrin genişləndirilməsindən fayda görəcək. Biz Hindistanın istehsal etdiyi ağır texnikanın bir hissəsini idxal etməkdə maraqlıyıq".