“Ukrayna ildə 120 Bayraktar istehsal edəcək” – Haluk Bayraktar
![](https://qlobal.az/photo/680x365/2024-02/1707382798_3152d4b0-3b53-4a74-b1c3-4ee454cd8412.jpg?1730503093)
Fevral 08
12:58
2024
Ukraynada "Bayraktar” istehsal müəssisəsinin tikintisi davam edir. Hər il 120 dron istehsalı planlaşdırılır.
"AzPolitika.info” xəbər verir ki, bunu "Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar "Reuters”-ə müsahibəsində deyib.
Bayraktar Ukraynadakı obyektin böyük olacağını və müəssisədə təxminən 500 nəfərin çalışacağını deyib.
"Obyektimizin tikintisi davam edir. İnşaatı tamamlamaq üçün təxminən 1 ilə ehtiyacımız var. Sonra avadanlıq və təşkilati işlərə keçəcəyik”,-deyə o bildirb.