Ukrayna kəşfiyyatının Rusiya qırıcı təyyarəsini qaçırmaq cəhdinin qarşısı alınıb - FTX
Noyabr 11
10:08
2025
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna hərbi kəşfiyyatının "Kinjal" hipersəs raketi ilə silahlanmış Rusiya MiQ-31 qırıcı təyyarəsini qaçırmaq cəhdinin qarşısını alıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qırıcı təyyarənin NATO-nun ən böyük aviabazasına qarşı təxribatda istifadə edilməsi planlaşdırılıb.



