SON XƏBƏR

Ukrayna Milli Qvardiyası Rusiyanın 8 milyon dollarlıq sistemini məhv etdi

Dekabr 25
10:31 2025
Ukrayna Milli Qvardiyasının döyüşçüləri Rusiya işğalçı qoşunlarına məxsus "Solntsepyok" ağır odsaçan sistemini məhv ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Qvardiyanın (MQ) komandanı Oleksandr Pivnenko məlumat yayıb. 

Onun sözlərinə görə, düşmən sistemini "Lasar's Group" zərbə PUA-ları bölməsinin müdafiəçiləri "qızardıblar".

"Son əməliyyat çərçivəsində 'Lasar's Group' pilotları növbəti TOS-1A 'Solntsepyok' sistemini yandırıblar. Hədəf Ukrayna Müdafiə Qüvvələrinin ön mövqelərinə atəş açırdı. Düşmən texnikası atəş zərbələri endirərkən, 32-ci əlahiddə mexanikləşdirilmiş briqadanın aerokəşfiyyatı tərəfindən aşkar edilib. Silahdaşlarından məlumat aldıqdan sonra "Lasars Group”un ağır bombardmançı pilotları düşmən hədəfini dəqiqliklə vurublar", deyə Pivnenko bildirib.

Milli Qvardiya komandanı qeyd edib ki, "Solntsepyok" termobarik sursatlarla atəş açan ağır odsaçan sistemdir. Onun təyinatı yüngül zirehli texnikaları, avtomobilləri, həmçinin bina və tikililəri məhv etməkdir.

Maraqlıdır ki, belə bir qurğunun dəyəri təxminən 8 milyon dollardır.

Xatırladaq ki, tammiqyaslı müdaxilənin başlanğıcından 24 dekabr 2025-ci il tarixinə qədər düşmənin şəxsi heyət üzrə ümumi itkiləri 1,2 milyonu keçib. Həmçinin minlərlə düşmən texnikası, o cümlədən 400-dən çox təyyarə məhv edilib.

Bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, ruslar hər ay təxminən 30 min əsgərini (ölü olaraq) itirirlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook