Ukrayna Rusiyanın daha bir vilayətinə dron hücumu edib
![](https://qlobal.az/photo/680x365/2024-04/1712044183_f045a75f-b499-48c6-9e9a-afc9c1dbe3c3.jpg?1722056217)
Aprel 02
11:48
2024
Rusiyanın Lipetsk vilayətinin səması üzərində pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə vilayətin qubernatoru İqor Artamonov özünün "Teleqram” kanalında yazıb.
O qeyd edib ki, insident Stanovlyansk rayonu ərazisində baş verib. Bundan bir qədər əvvəl hava həyəcanı elan olunub.