Ukrayna silah ixracını artırmaq niyyətindədir
Yanvar 28
06:07
2017
Ukrayna prezidenti Pyotr Poroşenko dövlət büdcəsinə valyuta daxilolmalarını çoxaltmaq üçün silah ixracının artırılması barədə göstəriş verib. Bunu o, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında bildirib.
O qeyd edib ki, ixrac istehsalı genişləndirmək, yeni texnologiya və dəzgahlara sərmayə yatırmaq, insanlara təhsil vermək və ordunu lazımi silah ilə təmin etməyə imkan verir.
"Biz Ukrayna silahlarına artan tələbatı şəxsi istehsalımız hesabına dəstəkləməliyik… Biz bu gün Ukraynada istehsal olunan silah növləri ilə bazarı qətiyyətlə və inamla ələ alırıq", — deyə o əlavə edib.



