Ukraynada matəm elan olundu
Mart 03
00:44
2017
Ukrayna prezidenti Pyotr Poroşenko Lvov vilayətində baş vermiş mədən qəzası ilə əlaqədar ölkədə matəm elan edib
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, mədəndə metan qazının partlaması və uçqun nəticəsində 8 şaxtaçı həlak olub, 6 nəfər yaralanıb. Hadisə zamanı şaxtada 172 nəfər olub.
Ukrayna Azad Həmkarlar İttifaqları Konfederasiyası isə 11 şaxtaçının həlak olduğu barədə xəbər yayıb.
Partlayışın nəticələrinin aradan qaldırılması üzrə Operativ qərargah yaradılıb. Son məlumata görə, dağıntılar altında qalan şaxtaçıların hamısı tapılıb.(azvision.az)