SON XƏBƏR

Ukraynada məhbuslar qiyam qaldırıblar

İyun 03
15:40 2016
Ukraynanın Kirovoqrad vilayətindəki 6 nömrəli istintaq təcridxanasının məhbusları qiyam qaldırıblar.
 
APA-nın məlumatına görə, bu barədə Ukrayna Dövlət Penitensiar Xidmətinin keçmiş rəhbəri Sergey Starenkiy özünün "Facebook” səhifəsində yazıb.
 
O bildirib ki, məhbuslar istintaq təcridxanasının əməkdaşlarına hücum ediblər: "Onlar açar və xüsusi vasitələri götürüblər, bütün qapıları ya açıb, ya da sındırıblar. İdarənin əməkdaşları qorxduqları üçün cəzaçəkmə müəssisəsinin ərazisinə daxil olmurlar. Artıq 3 gündür vəziyyət belə davam edir”.
 
S. Starenkiy hesab edir ki, iğtişaşlar digər cəzaçəkmə müəssisələrinə yayıla bilər. Onun bildirdiyinə görə, 49 saylı islah əmək koloniyasının və Kirovoqrad vilayətinin digər istintaq təcridxanasının məhbusları qiyamçıları dəstəkləməyə hazırdırlar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook