Ukraynaya hərbi dəstək sülhə aparan ən sürətli yoldur" - NATO Baş katibi
Dekabr 30
14:34
2022
"Ukraynaya hərbi dəstək sülhə aparan ən sürətli yoldur”.
"Biz bilirik ki, əksər müharibələr danışıqlar masası arxasında başa çatır. Yəqin ki, bu müharibə də həmçinin. Lakin eyni zamanda, bizə aydındır ki, Ukraynanın bu danışıqlarda nəyə nail ola biləcəyi hərbi vəziyyətdən ayrılmaz şəkildə asılıdır. Beləliklə, əgər siz Ukraynanın müstəqil, demokratik dövlət kimi qalibiyyətini təmin edən, danışıqlar vasitəsilə sülhə əsaslanan yolla etmək istəyirsinizsə, buna nail olmağın ən yaxşı yolu Ukraynaya hərbi dəstək verməkdir. Bu, Prezident Putini Ukrayna üzərində nəzarəti ələ keçirmək məqsədinə çatmayacağına inandırmağın yoludur”, - Yens Stoltenberq vurğulayıb.
Ukraynaya hərbi yardımdan danışan Alyansın Baş katibi bildirib ki, müttəfiqlər artıq Ukraynanı uzunmənzilli silah sistemləri, məsələn, HIMARS reaktiv yaylım atəşi sistemləri və uzaqmənzilli artilleriya qurğuları ilə təchiz ediblər: "Pilotsuz təyyarələr və zirehli maşınlar da verilir. Müttəfiqlər və Ukrayna ilə konkret sistemlər üzrə davamlı dialoq var”.



