SON XƏBƏR

UNAIDS-in icraçı direktoru Azərbaycana səfər edəcək

Mart 06
14:09 2023
UNAIDS-in icraçı direktoru və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini Vinni Byanyima Azərbaycana səfər edəcək.

"Report” xəbər verir ki, Vinni Byanyima martın 9-dan 11-dək Azərbaycanın paytaxtında keçiriləcək Qlobal Bakı Forumunda iştirak edəcək.

10-cu Qlobal Bakı Forumunun mövzusu "Dünya bu gün: çağırışlar və ümidlər” olacaq. Fonumda enerji təhlükəsizliyi məsələləri, Avrasiya məkanında nəqliyyat dəhlizlərinin aktuallığı, Çinin qlobal inkişafdakı rolu və s. kimi mövzular müzakirə olunacaq. Bundan başqa, tədbir çərçivəsində "Qlobal səhiyyənin yenilənmiş arxitekturasının yaradılması” mövzusuna ayrıca panel həsr olunacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook