Valideynlər sabah övladlarını məktəbə göndərsinlər? – Nazirlikdən virusla bağlı çağırış

Yanvar 31
13:31
2023
Qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü 1 fevral 2023-cü il tarixidir…
Azərbaycanda ümumi təhsil müəssisələrində beş günlük qış (27-31 yanvar) tətili başa çatmaq üzrədir.
Qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü 1 fevral 2023-cü il tarixidir.
Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Məktəblərdə qış tətili başa çatdığı bir vaxtda ölkədə geniş yayılan influenza narahatlıq doğurur. Nəzərə almaq lazımdır ki, adıçəkilən virusa uşaqların yoluxması daha çox qeydə alınır. Məktəbə qayıdarkən azyaşlılar arasında virusun daha geniş yayılmaq riski mövcuddur.
"Kəskin respirator xəstəliklərin çoxaldığı vaxtda bu, başadüşüləndir və üzrlü səbəbdir. Əsas məsələ şagirdlərin sağlamlığıdır. Əgər hər hansı şagird qripə və ya yoluxucu xəstəliyə tutulubsa, onun evdə qalması və müalicəsini davam etdirməsi vacibdir. Xəstə şagirdin məktəbə getməsinə ehtiyac yoxdur.