SON XƏBƏR

“Vaqner” bölmələrini Baxmutdan çıxarmağa başlayıb

May 25
11:09 2023
"Vaqner” muzdlu qrupu öz bölmələrini Baxmutdan çıxarmağa başlayıb.

APA xəbər verir ki, bu barədə "Vaqner”in rəhbəri Yevgeni Priqojin Telegram kanalında paylaşılan videoda bildirib.

Görüntülərdə Priqojin döyüşçülərinə istirahət edərək növbəti tapşırıqlara hazırlaşacaqlarını deyir.

Qeyd edək ki, Yevgeni Priqojin ötən gün müsahibəsində Baxmutda 10 mini keçmiş məhbus olmaqla ümumilikdə 20 min döyüşçü itirdiyini açıqlayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook