SON XƏBƏR

Vasif Talıbovun daha bir kadrı vəzifədən çıxarılır - FOTO

Dekabr 20
10:19 2022
Vasif Talıbovun daha bir kadrı vəzifədən çıxarılır. 
 
Qlobal.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 
 
Məlumata görə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının hazırki direktor müavini Telman İbadov yaxın günlərdə vəzifədən uzaqlaşdırılacaq.
 
T.İbadovun Respublika Klinik Xəstəxanasının direktorunun məzuniyyətdən qayıdandan sonra işdən çıxarılacağı bildirilir.
 


Telman İbadov Respublika Klinik Xəstəxanasında direktor müavini olmaqla yanaşı, həm də Naxçıvan Ali Məclisinin deputatıdır. 
 
Telman İbadov əvvəllər Respublika Klinik Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 
 
Qeyd edək ki, Respublika Klinik Xəstəxanası rüşvətxorluq və həkim səhlənkarlığına görə ən çox şikayət olunan xəstəxanalardandır. 
 
Xatırladaq ki, Telman İbadovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sıdri Vasif Talıbovla dostluq münasibətlərinin olduğu vurğulanır. Onun uzun illərdir Respublika Klinik Xəstəxanasına rəhbərlik etməsi də Vasif Talıbovla olan əlaqələrinə görə olduğu iddia edilir.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook