Vaşinqton Avropanı Rusiyaya qarşı ABŞ-dən tələb etdikləri sanksiyaların eynisinin tətbiqinə çağırıb
 
							Sentyabr 16
									
										06:48
										2025
									
								Avropa ölkələri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini Vaşinqtondan tələb edirlərsə, ilk növbədə, özləri eyni məhdudiyyətləri tətbiq etməlidirlər.
ABŞ Prezidenti Donald Trampın yeni sanksiyaların tətbiqini nə qədər gözləyəcəyi ilə bağlı sualı cavablandıran Rubio bildirib ki, prezident "süni şəkildə vaxt çərçivəsi elan etməyəcək". O əlavə edib ki, Avropa da eyni addımları atmalıdır.
"Avropada hələ də Rusiya mallarını, o cümlədən Rusiya neftini alan ölkələr var", – deyə Rubio vurğulayıb.
"Prezident Avropadakı tərəfdaşlarımıza çağırış edib ki, onlar bizdən tələb etdikləri sanksiyaları özləri də tətbiq etsinlər. Əgər bu məsələyə, həqiqətən, sadiqdirlərsə, biz onları bu istiqamətdə konkret addımlar atmağa təşviq etmək istəyirik", – deyə dövlət katibi əlavə edib.

 
				 
				 
				 
				 
				 
				

