SON XƏBƏR

“Vaxt gələcək, azərbaycanlılar gəlib burada məskunlaşacaqlar” – Erməni spiker

Noyabr 28
17:05 2023
"Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar bir-birinin yanında yaşamalı olacaqlar. Biz buna ümid edirik və bunun üçün hər şeyi edəcəyik. Ermənilər və azərbaycanlılar ticarətlə məşğul olmalıdırlar, istisna etmirəm ki, bəzi adamlar Azərbaycan ərazisində öz evlərinə qayıdacaq, eləcə də bir müddət sonra azərbaycanlılar gəlib burada məskunlaşacaqlar”.

"AzPolitika.info” xəbər verir ki, bunları noyabrın 28-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Sülh müqaviləsində belə bir bəndin olub-olmayacağı ilə bağlı suala Simonyan belə cavab verib: "Sülh müqaviləsi bütünlüklə beynəlxalq prinsiplərə - ərazi bütövlüyünə, kommunikasiyaların açılmasına və s.- məsələlərə əsaslanır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook